UEFA-dan Azərbaycan çempionatı üçün SON TƏKLİFLƏR

31 Mart 16:56 Premyerliqa 648
UEFA-dan Azərbaycan çempionatı üçün SON TƏKLİFLƏR

UEFA koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

Ölkə çempionatları may, iyun və ya sentyabrda davam etdirilə bilər. Koronavirusun Avropada hələ də yayılmaqda olması üzündən may variantı ən az inandırıcı görünəndir.

Mövsümün sentyabrda davam etdirilməsi isə növbəti futbol ilinin yenidən qurulması deməkdir. Bu variant daxil yarışlarda iştirakçıların və oyunların sayının azalması, avrokubok formatının dəyişməsi ilə nəticələnəcək.

UEFA-nın daha çox istədiyi isə iyunla bağlı variantın baş tutmasıdır. Qurum hətta oyunların boş tribunlar önündə də olsa iyunda bərpa olunmasını istəyir.

Sabah UEFA yeni təqvimin müzakirəsi ilə bağlı milli assosiasiyalarla videokonfrans keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyun 22:20 Ronaldo bunu da etdi ...