Rus jurnalist "Qarabağ"lıya "çoxmu qorxduz" sualı verdi

15 Noyabr 2023 00:40 Qarabağ 1 451
Rus jurnalist "Qarabağ"lıya "çoxmu qorxduz" sualı verdi

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının "Bayer"ə qarşı Bakıdakı matçında (0:1) aldığı zədədən danışıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı qolkiper ölkəsinin "Matç TV" kanalına müsahibəsində zədə aldıqdan sonra dərhal karyerasını bitirmək barədə düşündüyünü etiraf edib.

“Bayer”lə oyunun 85-ci dəqiqəsində Lunyov ayağından zədələnərək meydanı tərk edib. Sonradan məlum olub ki, qapıçının diz bağları və menisküsü zədələnməyib.

Lakin o, Rusiya millisinin noyabrdakı təlim-məşq toplanışını buraxmaq məcburiyyətində qalır.

"Zədə aldığınız vaxt çoxmu qorxdunuz?" sualına 32 yaşlı qapıçı belə cavab verib:

“Düzünü desəm, beynimdə futbolu artıq bitirmişdim. Qəbul edirəm ki, hər altı aydan, bir ildən bir ağır zədə alsan, çətin olacaq.

Bu dəfə isə dizimdən zədə aımışam... Məncə, indiki halda bu, baş verə biləcək ən yaxşı şeydir.

Bu vəziyyətdə həkimlərin mənə dediklərinə görə şadam. Aydındır ki, sən həmişə milli komandada oynamaq istəyirsən.

Əsas məsələ sağlam olmaqdır. Öz oyunu sübut edib gələcəkdə milli komandaya düşmək lazımdır" .

Lunyov onu da deyib ki, matçdan əvvəl onda yüngül əzələ ağrısı olub: "Amma hər şey normal idi".

Qapıçı əlavə edib ki, oyuna çıxmaqla risk edib:

"Amma necə deyərlər, risk etməyən Yeni ildə şampan içməz. Bu zədə heç bir halda dizimlə bağlı deyildi. Başqa məsələdir".

Digər Xəbərlər
Xəbər Lenti