Azərbaycan Premyer Liqasının axırı necə olacaq?

21 Yanvar 2020 12:02 Premyerliqa 1 347
Azərbaycan Premyer Liqasının axırı necə olacaq?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi yenə dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıya Azərbaycan Premyer Liqası da düşüb.

Çempionatımız 349 xalla 56-cı olub. Ötən ilki siyahıda 70-ci yeri tutan Premyer Liqamız bir ildə 14 pillə irəliləyib. Azərbaycan çempionatı İran, həmçinin milyonlarla dollarlıq transferlərə malik ABŞ və Qətər liqalarını da arxada qoyur.

Ermənistan birinciliyi isə siyahıda 80-ci yeri tutur. "TOP-100"ə İngiltərə Premyer Liqası başçılıq edir (1287 xal). Futbolun yaradıcıları bir il əvvəl 2-ci yerdə idi.

Braziliya A Seriyası ikincidi (1165 xal). Zirvəni əldən verən İspaniya La Liqası üçüncü sırada yer alıb (1141 xal). Türkiyə Super Liqası 8 pillə gerilyərək 28-ci (523.5 xal), Rusiya Premyer Liqası 9 pillə geriləyərək 26-cı (538.5 xal) yerə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var