"İlk 6 həftə bizim üçün biabırçı keçdi" - "QƏBƏLƏ"NİN İSPANI

8 Dekabr 2019 21:20 Premyerliqa 316
"İlk 6 həftə bizim üçün biabırçı keçdi" -

"Qəbələ"nin ispaniyalı yarımmüdafiəçisi Fernan Lopes "Sumqayıt"la qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Çox gərgin oyun oldu. 9 nəfərlə qalsanız da, Sumqayıtdan xalla gedirsiz...

- Çətin oyun olacağını bilirdik. "Sumqayıt" mövsümə yaxşı başlayıb. Onlar meydanın hər nöqtəsi üçün mübarizə aparırdılar. Biz də geri qalmamağa çalışırdıq. Qarşılaşmaya yaxşı başladıq. Hesabı açdıq. Lakin sonradan hakim oyunu "sındırdı". Qapımıza 11 metrlik cərimə zərbəsi təyin etdi. Lakin həmin qərar yanlış idi. Ikinci hissəyə yaxşı başladıq. Hücum etməyə cəhd edirdik. Sonrada verilən 2 qırmızı vərəqə hər şeyi alt-üst etdi. Oyunun balansı qorumağa çalışdıq və bunu bacardıq.

- Bu situasiyaya görə 1 xal qazanmaq sizin üçün qənəatbəxş hesab oluna bilər?

- Matça qələbə üçün başlamışdıq. Hətta hesabı da biz açdıq. Lakin sonradan hakimin qərarları oyunumuzu korladı. Turnir cədvəlində irəliləmək üçün yaxşı şans yaranmışdı. Lakin referi buna qarşı çıxdı. Bir xal qazandıq. Buna görə üzgün olsaq da, qane olmalıyıq. Mübarizə davam edir, sona kimi döyüşəcəyik.

- Bu mövsüm "Sumqayıt"a qarşı qələbə qazana bilməmisiniz. Doğma meydanda da məğlub olmuşdunuz...

- Məsələ "Sumqayıt"la bağlı deyil. Onlara qarşı hücumlar edirik, amma sonda fərqlənə bilmirik. "Sumqayıt" adi komanda deyil. Bu mövsüm çox yaxşı oyun sərgiləyirlər. Hər oyuna yüksək motivasiya ilə çıxırlar. Indi alınmadı, amma növbəti oyunda qalib gələcəyik.

- Mövsümün ikinci yarısında daha yaxşı "Qəbələ" görə biləcəyik?

- Mövsümün ilk 6 həftəsi bizim üçün biabırçı keçdi. Daha sonra "Qarabağ"la heç-heçə etdik. Bundan sonra düzəlməyə çalışdıq. Ikinci hissəyə yaxşı başlamağa çalışıb turniri daha yaxşı yerlərdə başa vurmaq istəyirik. Bunun üçün hər şey edəcəyik.

Elvin ƏHƏD

Xəbər Lenti
20 Yanvar 19:41 Dünyada yalnız Ronaldo
20 Yanvar 14:54 1001 gündür uduzmur
20 Yanvar 14:24 Bir aylıq baş məşqçi
20 Yanvar 00:56 Nişanlandılar - FOTO
20 Yanvar 00:00 İbrahimoviç daha bir...
19 Yanvar 22:20 "Qarabağ"da asudə gün
19 Yanvar 20:16 Az məbləğə atılan imza