"1 xal qazanılıbsa, deməli, belə olmalı idi" - Tərlan Əhmədov

22 Sentyabr 2019 20:33 Premyerliqa 869
"1 xal qazanılıbsa, deməli, belə olmalı idi" - Tərlan Əhmədov

Premyer Liqada V turun “Neftçi” – “Keşlə” matçında hesab açılmadı. Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov nəticədən razı qaldığını bildirib.

- Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm. Məğlub da ola bilərdik. Ədalətli nəticədir. Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Məni narahat edən bəzi məqamlar var. Xüsusən də orta xətdə. Turalın bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdı.
- “Neftçi” kimi rəqibdən 1 xal almaq uğurdu, yoxsa azlıqda qalan rəqiblə heç-heçə uğursuzluq?

- 1 xal qazanılıbsa, deməli, belə olmalı idi. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiqlər var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan-oyuna daha baxımlıq çıxış edirik. Rəqib 11 nəfərlə oynasaydı, bəlkə də, qalib gələcəkdik.
- Ehtiyat qüvvə çox azdı. Kənarda sonradan meydana çıxıb, oyunu dəyişəcək futbolçunun olmamağı sizi narahat etmir?
- Ehtiyatda ikinci heyət olmalıdı. Bu, yaralı yerimizdi. Yox deməzdim, amma buna yaxındı. Ən yaxşı oyunçularımız Əfran və Cabirdi. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra daha çox köməyi dəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti