Premyer Liqada 10-cu turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdardır ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdıb.
Doğma meydanda ilk oyun "Turan Tovuz" üçün düşərli olub. Belə ki meydan sahibləri "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib. Meydan sahibləri 3:2 hesabı ilə rəqibindən üstün olub.
Tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.
10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.
16:00. "Turan Tovuz" – "Şamaxı" 2:1
Qollar: Olabe, 45+2, Joarlem Santos, 49 - Apolinario, 45
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev
"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov
18:30. "Sumqayıt" – "Araz-Naxçıvan" 3:2
Qollar: Kehat, 17,79, Ronaldo Vaskez, 69 - Boli, 41, Patrik Andrade, 51
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 7. Rüstəm Əhmədzadə 6. Rauf Rüstəmli 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 23. Ronaldo Vaskez 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 16. Ramon Maçado 23. Nuno Rodriqes 7. Hamidu Keyta 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

