Premyer Liqada çıxış edən klublar MİLYONLUQ XƏBƏR ALDI

24 May 2024 11:40 Premyerliqa 2 003
Premyer Liqada çıxış edən klublar MİLYONLUQ XƏBƏR ALDI

AFFA Premyer Liqada çıxış edən klubları sevindirib.

Belə ki, elita iştirakçılarının maliyyə cəhətdən təminatı yaxşılaşdırılıb.

Federasiya tərəfindən onlara məlumat verilib ki, illik yardım paketinin həcmi 1 milyon manat artırılıb. Yenilik avqust ayından - yeni mövsümün başlayacağı tarixdən etibarən qüvvəyə minəcək.

Xatırlatma üçün deyək ki, yüksək liqa mənsubları bu sezonadək illik 3 milyon manat dotasiya alırdı. Klublara göstərilən məbləğdən sərbəst istifadə haqqı verilməyib.

Xərclərin istiqaməti öncədən müəyyənləşdirilib. Hər sahə üzrə kvota qoyulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!