COP29

“Kəpəz” Sumqayıt səfərində 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

1 Mart 20:55 Premyerliqa 554
“Kəpəz” Sumqayıt səfərində 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Sportinfo.az xəbər verir ki, günün yeganə oyunu Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edəcək.

“Gənclik şəhəri” təmsilçisi ikinci pillədəki yerini qorumaq, gəncəlilər isə autsayderdən bir qədər də uzaqlaşmaq üçün qələbə qazanmağa çalışacaq.

Hazırda “Sumqayıt” 36 xalla ikinci, “Kəpəz” isə 23 xalla doqquzuncu pillədə qərarlaşıb.

Turun digər oyunları martın 2-3-də keçiriləcək.

1 mart

19:00. “Sumqayıt” – “Kəpəz” 1:3

Qollar: İsa Sülimani, 80 - Vüsal Məsimov, 20, Mate Kvirkviya, 62, Rüfət Əhmədov, 90+3

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 23. Cordan Rezabala

Baş məşqçi: Samir Abasov

“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 91. Latir Fal

Baş məşqçi: Adil Şükürov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 24 18 3 3 61-20 57
2 Sumqayıt 24 9 9 6 23-27 36
3 Neftçi 24 10 6 8 27-22 36
4 Zirə 24 9 8 7 17-13 35
5 Səbail 24 9 7 8 36-35 34
6 Turan Tovuz 24 8 7 9 37-34 31
7 Sabah 24 8 7 9 33-30 31
8 Araz-Naxçıvan 24 8 7 9 26-31 31
9 Kəpəz 24 6 5 13 22-41 23
10 Qəbələ 24 4 3 17 16-45 15

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol
Pedro Nuno ("Səbail") - 7 qol

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"