Emin Mahmudov het-trik etdi, "Səbail" "Neftçi" səfərində məğlub oldu - YENİLƏNİB

27 Noyabr 2022 17:56 Premyerliqa 1 097
Emin Mahmudov het-trik etdi, "Səbail" "Neftçi" səfərində məğlub oldu - YENİLƏNİB

Bu gün Premyer Liqada XV tura start verilib.

Sportinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra baş tutan ilk turun bir matçı keçirilib.

Bakı derbisində “Neftçi” “Səbail”i qəbul edib. “Ağ-qaralar” liderlərdən uzaq düşməmək üçün bu oyunda mütləq qalib gəlməli idi.

Laurentsiu Regekampfın yetirmələri “Sabah”la xal fərqini azaltmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağı bacarıb.

"Ağ-qaralar" Emin Mahmudovun het-trik etdiyi oyunda növbəti 3 xalı aktivinə yazıb.

XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.

27 noyabr (bazar)
16:00. “Neftçi” – “Səbail” 3:1

Qollar: Emin Mahmudov, 28, 51(p), 76 (p) - Rəfael Məhərrəmli, 63

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”

“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 14. Eddi İsrafilov 19. Azər Salahlı 7. Azər Əliyev 4. Solomon Kverkveliya 3. Mamadu Mbodj 23. Ataa Caber 11. Qodsvey Donyo 24. Yusuf Laval 16. Gilyerme Pato

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 17. Rəhman Hacıyev 26. Ömər Buludov 2. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 20. Vüsal Əsgərov 51. David Orucov 91. Ağadadaş Salyanskiy 92. Ömər Qurbanov 18. Vato Arveladze 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

“Səbail”: 1. Emil Balayev 14. Rahid Əmirquliyev (k) 6. Cabir Əmirli 17. Rafael Məhərrəmli 8. Elmir Tağıyev 55. Nihad Qurbanlı 30. Franko Mazurek 21. Kizito Luvaqa 5. Petro Stasyuk 20. Fakundo Kardozo 23. Qustavo de Fransa

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 25. Sadiq Məmmədzadə 9. Mirabdulla Abbasov 15. Vüqar Həsənov 3. Turan Manafov 77. Ədilxan Qarəhmədov 22. Samir Abdullayev 18. Vüsal Qənbərov 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"