Premyer Liqa klubunda SÜRPRİZ dəyişikliyin ƏSL SƏBƏBİ

4 Oktyabr 2022 09:40 Premyerliqa 886
Premyer Liqa klubunda SÜRPRİZ dəyişikliyin ƏSL SƏBƏBİ

“Şamaxı” Premyer Liqada növbəti məğlubiyyətini dünən “Sabah”dan aldı – 0:1.

Qarşılaşmadan sonra mətbuat önünə ənənəvi olaraq baş məşqçi Vüqar Əsgərli yox, de-fakto komandanın çalışdırıcısı sayılan Cavid Hüseynov çıxdı. Və belədə normal olaraq dəyişikliyik hamımızda təəccüb yaratdı.

Ki, bu dəyiş-düyüşə nə səbəb oldu? Bundan sonra belə olacaq?

Amma məsələnin əslini öyrəndikdə məlum oldu ki, Hüseynovun mətbuat önünə çıxması məcburiyyətdən olub.

Belə ki, Vüqar bəyin halı oyunun sonuna yaxın pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmamaq qərarına gəlib. Ona görə də baş məşqçini Cavid Hüseynov əvəzləyib.

Növbəti matçlarda xüsusi hal yaşanmasa, əvvəlki qarşılaşmalarda olduğu kimi, yenə mətbuat önünə komandanın de-yure çalışdırıcısı sayılan Vüqar Əsgərli çıxmağa davam edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"