"Qəbələ" qalib gəldi - YENİLƏNİB

30 Sentyabr 2022 20:48 Premyerliqa 834
"Qəbələ" qalib gəldi - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib.

Bunların 5-də "dənizçilər", 9-da "qırmızı-qaralar" qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir - 33:19.

Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.

Turun "Turan Tovuz" - "Zirə", "Qarabağ" - "Neftçi" oyunları oktyabrın 1-də, "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları isə bir gün sonra keçiriləcək.

30 sentyabr (cümə)
19:00. "Səbail" - "Qəbələ" 1:2

Qollar: Ağabala Ramazanov, 61 (pen) - İsnik Alimi, 55 (pen), Ülvi İsgəndərov, 90

Qırmızı vərəqə: Qustavo De Fransa, 44 -iki sarı vərəqə ("Səbail")
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.

“Səbail”: , 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 30. Franko Mazurek, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı