“Sabah” ardıcıl ikinci qələbəni Mərdəkanda qazandı

12 Avqust 2022 20:57 Premyerliqa 1 105
“Sabah” ardıcıl ikinci qələbəni Mərdəkanda qazandı

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib.

"Dalğa Arena"da keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab erkən qolla açılıb. Murad Musayevin baş məşqçi olduğu komanda Abdulaye Banın qolu ilə önə keçib.

26-cı dəqiqədə Cey-Lens Mikels fərqi 2 topa çatdırıb. 34-cü dəqiqədə "qartallar"ın müdafiəçisi Sertan Taşkın buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunda son nöqtəni isə 48-ci dəqiqədə Namik Ələskərov qoyub.

Ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. 3 xalı olan "Zirə" isə 5-ci pillədə qərarlaşıb.

12 avqust (cümə)

19:00. “Zirə” - “Sabah” 1:3

Qol: S.Taşkın, 34 - A.Ba, 5. C.L.Mikels, 26. N.Ələskərov, 48.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR hakimi: Rauf Cabarov
VAR hakiminin köməkçisi: Kamal Umudlu
“Dalğa Arena”

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Hamdaui, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

Xəbər Lenti