Premyer Liqa yeni mövsümdə də sponsorsuz qalacaq?

1 İyul 2022 13:00 Premyerliqa 951
Premyer Liqa yeni mövsümdə də sponsorsuz qalacaq?

Azərbaycan Premyer Liqası son 3 ildə olduğu kimi, növbəti movsümdə də sponsorsuz qala bilər.

Buna səbəb “Azərlotoreya” ilə AFFA/SOCAR arasında aparılan danışıqların hələ nəticə verməməsidir.

“Misli” brendini tanıtmaq üçün şirkətin lazımı qədər vəsait toplaya bilməməsi güman edilir.

AFFA və SOCAR-ın planı belədir: “Misli” ilə Premyer Liqanın titul sponsorluğu üçün uzunmüddətli müqavilə imzalanır. Elitada mübarizə aparan klubların hər biri bu əmakdaşlıqdan hər il 2 milyon manat qazanır.

Ancaq belə görünür ki, Premyer Liqa mənsubları həmin vəsaitin yolunu hələ xeyli müddət gözləməlidir.

Bunün üçün “Misli”nin leqal mərc bazarında yerini tam tutması lazımdır.

Bu, nə qədər vaxt ala bilər? Təəssüf, onu nə biz bilə bilərik, nə də klublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"