"Azərbaycan klubundan aldığım təklif xoşuma gəlmədi, getmək istəmədim"

23 İyun 2022 11:20 Premyerliqa 1 748
"Azərbaycan klubundan aldığım təklif xoşuma gəlmədi, getmək istəmədim"

Ötən mövsümün sonunda Niderland "Sparta"sından ayrılan Bart Vrinds Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin özü açıqlama verib.

Niderlandlı oyunçu, Kipr, Hindistan və Küveyt klublarının da onunla maraqlandığını bildirib:

"Amma təkliflər xoşuma gəlmədi. Hər şey mənim istəklərimin əksinədi. Ona görə də həmin ölkələrdən heç birinə getmək istəmədim".

Bart Vrinds ölkəsində "Utrext" və "Qoiu Ehed İqlz" komandalarının da formasını geyinib. Ötən mövsüm "Sparta"da 34 matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti