Mahir Namiqi keçə bilsə...

13 May 2021 11:00 Premyerliqa 2 117
Mahir Namiqi keçə bilsə...

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümü “Neftçi” və “Qarabağ” arasında təkcə çempionluq deyil, həm də bombardirlik rəqabəti ilə diqqət çəkir.

Sportinfo.az xəbər verir ki, mövsümün ən məhsuldar futbolçusunun bu iki klubdan birinin üzvü olacağı heç kimdə şübhə doğurmur.

19 qola malik Namiq Ələsgərov bu yarışın favoritidir. “Neftçi”nin yarımmüdafiəçisi karyerasında ilk “qol krallığı” qazanmağa yaxındır.

Onun kimi karyerasının ən məhsuldar mövsümünü keçirən Mahir Emreli 17 qol vurub. Bombardirlik şansını qoruyan “Qarabağ”ın forvardı 3-cü dəfə bu fərdi mükafata yiyələnə bilər.

Ölkə çempionatları tarixində futbolçusu daha çox bombardir olan klublar da məhz “Neftçi” və “Qarabağ”dır. Hələlik rekord paytaxt təmsilçisindədir.

Bakılılar 7 dəfə oyunçusunun bombardir mükafatına sevinib. Düzdür, onlardan biri şərikli olub.

Ağdam təmsilçisinin üzvlərinin aktivində 6 bombardirlik var. Yeri gəlmişkən, onlardan da biri iki “Neftçi”linin də olduğu şərikli uğurdandır.

Bir sözlə, Emreli Ələsgərovu keçə bilsə, “Qarabağ” “ağ-qaralar”a çatın rekordu təkrarlayacaq.

Bu, baş verməsə, paytaxt təmsilçisi rekordunu yeniləyib fərqi artıracaq. Növbəti şərikli bombardirlik yeni rekorda mane olmasa da, fərqin artmaması üçün yetərli sayılacaq (apasport.az).

“Neftçi”də Azərbaycan çempionatının bombardiri olanlar:
1993. Samir Ələkbərov - 16
1994/95. Nazim Əliyev - 26
1996/97. Qurban Qurbanov - 34
2011/12. Bahodir Nasimov - 16
2012/13. Nikolas Kanales - 26
2019/20. Baqali Dabo - 7
2019/20. Stiven Monroz - 7

“Qarabağ”da Azərbaycan çempionatının bombardiri olanlar:
2003/04. Samir Musayev - 20
2010/11. Georgi Adamiya - 18
2013/14. Reynaldo Silva - 22
2015/16. Dani Kintana - 15
2018/19. Mahir Emreli - 16
2019/20. Mahir Emreli – 7

Digər Xəbərlər
Xəbər Lenti