"Zərbə "Qarabağ"a düşür, Qurban Qurbanova çox çətindir"

19 Aprel 2021 09:40 Premyerliqa 1 007
"Zərbə "Qarabağ"a düşür, Qurban Qurbanova çox çətindir"

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 23-cü turunun "Sumqayıt" - "Qəbələ" (2:0) və "Səbail" - "Qarabağ" (1:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Sumqayıt" - "Qəbələ"
"Sumqayıt" çox istəkli idi. "Qəbələ" bir tur öncə "Neftçi" ilə evdə bərabərə qaldıqları oyunda döyüşkən futbol oynamışdı. Amma bu oyuna, görünür, yaxşı köklənə bilməmişdilər.

Bir az arxayınlıq, bir balaca da yorğunluq hiss olunurdu. Belədə "Sumqayıt" istəyinə çatdı.

Ən yaxın izləyicisi olan "Zirə"yə çatmaq onlara vacib idi. Rəhim Sadıqovun uzaq məsafədən vurduğu qol "Qəbələ"nin planlarını alt-üst elədi.

"Qəbələ" oyunu əks-hücumlar üzərində qurmuşdu və görünürdü ki, səfərə ən azı 1 xal üçün yollanıblar. İkinci qolun da vurulması "Qəbələ"nin bütün ümidlərini puç elədi.

Hakimlər oyunun öhdəsindən layiqincə gəldi. Yüksək qiymətə layiqdilər. Hər iki komandaya qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

"Səbail" - "Qarabağ"
Hamı "Qarabağ"dan qələbə gözləyirdi. Bunu mütləq vurğulamaq lazımdır ki, milli komandaya görə verilən fasilədən sonra ən böyükzərbə "Qarabağ"a düşür.

Oyunçuların zədələnməsi və yüklənməsi kimi amillər var. "Qarabağ" bu oyunda da özünü yaxşı tərəfdən göstərə bilmədi.

İtkilərə görə komandanı komplektləşdirmək Qurban Qurbanova çox çətindir. Buna baxmayaraq, "Səbail" kimi büdcəsi zəif olan komandanın mübariz, döyüşkən olması göz qabağındadır.

Bunu hət zaman vurğulayıram. Aftandil Hacıyevi bu baxımdan təbrik eləmək lazımdır. Layiqli 1 xalı qazandılar. Komanda yorğun olmasaydı, sona kimi döyüşüb, 3 xal da qazana bilərdi.

Qara Qarayevin sonradan meydana çıxması ikinci hissədə "Qarabağ"da üstünlük yaratdı. Ancaq ümumilikdə "Səbail"i yaxşı oyuna görə təbrik eləmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"