“Sumqayıt”ın prezidenti Riad Rəfiyevdən klublar haqda VACİB AÇIQLAMA

17 Aprel 2021 19:40 Premyerliqa 1 283
“Sumqayıt”ın prezidenti Riad Rəfiyevdən klublar haqda VACİB AÇIQLAMA

Klublar Komitəsinin son iclasının nə vaxt keçirildiyini artıq çoxları xatırlamır.

Pandemiyaya qədər olan müddətə az qala hər ay bir araya gələn komitə üzvləri ötən ilin martından bəri cəmi iki dəfə onlayn qaydada iclas keçiriblər.

Sportinfo.az xəbər verir ki, 2021-ci ildə, ümumiyyətlə, komitənin toplantısı olmayıb.

Bəlkə ölkə futbolunda problemlər aradan qalxıb, xəbərimiz yoxdu və bu üzdən premyer-liqa təmsilçilərinin nümayəndələri müzakirə etməyə mövzu tapmırlar?

Xeyr, əksinə, bu zaman kəsiyində yetərincə müzakirə olunmalı və həllini gözləyən məsələ ortaya çıxıb. Lakin nədənsə Klublar Komitəsi toplantı keçirmir, qış yuxusuna necə gedibsə, hələ də ayılmayıb.

Məsələ ilə bağlı komitənin sədri, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə danışdıq (Futbol+).

Riad bəy duruma belə aydınlıq gətirdi: “Bildiyiniz kimi, artıq bir ildən çoxdu pandemiyadı. Ölkədə geniş tərkibdə iclasların keçirilməsi qadağan olunub.

Özünüz də gördüz ki, İcraiyyə Komitəsinin iclası da onlayn formatda təşkil olundu. Bundan başqa, elita təmsilçilərinin nümayəndələri komitəyə hansısa vacib məsələnin həll olunması ilə bağlı müraciət etməyiblər.

İnşallah, mövsüm başa çatandan sonra yeni - 2021/22 “futbol ili”ni müzakirə etmək üçün toplantının təşkil olunması nəzərdə tutulub. Onun hansı formada keçiriləcəyi isə həmin vaxt üçün ölkədəki durumdan asılı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti