Azərbaycan klubları dünyada neçəncidir? - YENİ ARAŞDIRMA

12 Aprel 2021 13:20 Premyerliqa 2 762
Azərbaycan klubları dünyada neçəncidir? - YENİ ARAŞDIRMA

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 21 yaşadək futbolçulara ən çox şans verən klubların reytinq siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, araşdırma dünyanın 71 yüksək liqasından 999 klub arasında aparılıb.

İlk "10-luğ"a Latviyanın 4 klubu düşüb. Onlardan "Metta" (19,9 yaş; 88,1 faiz) 1-ci, "Valmiera" (21,7 yaş; 51,5 faiz) 3-cü, "Dauqavpils" (22,8 yaş; 51,1 faiz) 4-cü, Yurmala "Spartak"ı (22,5 yaş; 38,9 faiz) isə 9-cu yerdə qərarlaşıb.

Moldova təmsilçilərindən Buyukan "Daçiya"sı (22,3 yaş; 57,6 faiz) 2-ci, "Zimbru" 6-cı (22 yaş; 48,7 faiz) olub.

Qalan 4 pillədə Danimarka "Norşellan"ı (21,7 yaş; 48,9 faiz), Monteneqro "Titoqrad"ı (23 yaş; 47,6 faiz) Sinqapur "Yanq Lions"u (20,5 yaş; 47,2 faiz) və Slovakiya "Jilina"sı (21,1 yaş; 38,5 faiz) qərarlaşıb.

Azərbaycan klublarının isə mövqeləri belədir:

289. "Qəbələ" (26,5 yaş; 10,4 faiz)
338. "Qarabağ" (26,6 yaş; 9,5 faiz)
426. "Sabah" (26,7 yaş; 7,6 faiz)
531. "Sumqayıt" (25,7 yaş; 5,4)
614. "Keşlə" (27,7 yaş; 4,1 faiz)
622. "Neftçi" (26,4 yaş; 4 faiz)
639. "Zirə" (25,7 yaş; 3,7 faiz)
770. "Səbail" (26,7 yaş, 1,5 faiz)

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"