Optimal “Sumqayıt” - Azərbaycan Premyer Liqasında lider

18 Yanvar 2021 23:40 Premyerliqa 748
Optimal “Sumqayıt” - Azərbaycan Premyer Liqasında lider

Ən optimal heyətə malik komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, CİES futbol observatoriyası 72 ölkənin liqalarında çıxış edən klubların heyəti ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb.

Hər komandanın ən çox oyun keçirən 11 futbolçusunun mövsüm ərzində meydanda keçirdiyi vaxtın çəkisi hesablanıb. Azərbaycan Premyer Liqasında lider “Sumqayıt”dır.

“Gənclik şəhəri” təmsilçisi ən optimal heyətə malikdir. Komandanın əsas “11-liy”i 80,6 faiz vaxtı meydanda olub. Ən az şans qazanan “11-lik” “Sabah”dadır.

1. “Sumqayıt” - 80,6%
2. “Səbail” - 80,5%
3. “Neftçi” - 79,7%
4. “Qəbələ” - 77,0%
5. “Zirə” - 76,5%
6. “Keşlə” - 76,3%
7. “Qarabağ” - 70,6%
8. “Sabah” - 69,4%

Xəbər Lenti