Azərbaycan boksçusu Olimpiya Oyunlarının finalına necə yüksəldi? – VİDEO+FOTOLAR

5 Avqust 2024 02:20 Paris-2024 1 092
Azərbaycan boksçusu Olimpiya Oyunlarının finalına necə yüksəldi? – VİDEO+FOTOLAR

Azərbaycan boksçusu, dünya çempionu (2021-ci il) Alfonso Dominges (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, o, ən pis halda gümüş medalı təmin edib.

Dominges finalda Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq. Bu döyüşün bu gün Bakı vaxtı ilə saat 19:38-də start götürməsi planlaşdırılıb.

Final döyüşü isə avqustun 9-u Paris vaxtı ilə saat 22:34, Bakı vaxtı ilə 10 avqust saat 00:34-də başlanacaq.

Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak edib və bürünc medal qazanıb.





















Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?