"Neftçi" ilə anlaşdı, "mən də bunu istəyirəm" dedi

21 Oktyabr 2020 10:24 Neftçi 875
"Neftçi" ilə anlaşdı, "mən də bunu istəyirəm" dedi

"Hər futbolçu ölkə xaricində oynamaq istəyir".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Neftçi"nin albaniyalı legioneri Bruno Telüşiyə aiddir.

O, İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Bakı klubu ilə mövsümün sonunadək müqavilə imzalayan dayaq yarımmüdafiəçisi Azərbaycanı seçməsinin səbəbi barədə danışıb: ”Bu, irəliyə doğru böyük addım atmaq və özünü göstərmək üçün fürsətdir.

Mən də bunu istəyirəm. Arzuma çatdığım üçün şadam. Karyeramda irəliləmək şansım var. Çox yaxşı komandaya gəlmişəm. Özümü rahat hiss edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi