“Neftçi”dən növbəti transfer xəbəri - SON DƏQİQƏ

15 Oktyabr 2020 22:20 Neftçi 1 232
“Neftçi”dən növbəti transfer xəbəri - SON DƏQİQƏ

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, “ağ qaralar” Albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi