"Neftçi" "Qalatasaray"ın yetirməsini "Başakşehir"dən icarəyə götürdü

19 Sentyabr 2020 11:48 Neftçi 1 229
"Neftçi" "Qalatasaray"ın yetirməsini "Başakşehir"dən icarəyə götürdü

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Spotinfo/az "Sporx.com" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" "Başakşehir"in futbolçusu Mert Çeliki icarəyə götürüb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

"Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub. Klub bu yaxınlarda M.Çelik ilə sözləşmənin müddətini 2025-ci ilədək uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular