“Neftçi”nin türkiyəli eks futbolçusu “Qalatasaray”la oyuna proqnoz verdi - VİDEO

17 Sentyabr 2020 17:50 Neftçi 761
“Neftçi”nin türkiyəli eks futbolçusu “Qalatasaray”la oyuna proqnoz verdi - VİDEO

2008/2009 mövsümünün ilk yarısında “Neftçi”də oynayan Levent Kartop oyuna proqnoz verib.

Sportinfo.az xəbər verir ki, hazırda Türkiyə Super Liqası klubu “Dənizlispor”da köməkçi məşqçi işləyən 41 yaşlı Kartop oxu.az-a açıqlamasında “Qalatasaray”ın bu gün qalib gələcəyini bildirib:

“Qalatasaray”ı bu matçda favorit görürəm. “Cim-Bom”un 1:0 qalib gələcəyini düşünürəm. Yaxşı oynayan bu matçdan qalib ayrılar. Hər iki komandaya da uğurlar arzulayıram”.

“Neftçi”nin sabiq yarımmüdafiəçisi keçmiş komandası haqda da danışıb: “Neftçi” Azərbaycanın köklü klublarından biridir. Bu klubun formasını geyindiyim üçün fəxr edirəm. Yeni gənc baş məşqçiləri var.

İnşallah, qələbə qazanan dostluq olar. Kim mərhələni keçsə, bundan sonra da həmin komandaya azarkeşliyimizi davam etdirəcəyik. Bütün “Neftçi” sevərlərə və Azərbaycan xalqına sevgilərimi göndərirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?