“Neftçi”dən mesaj: "Gərək gedəndə də kişi kimi gedəsən"

5 İyul 2020 15:40 Neftçi 1 499
“Neftçi”dən mesaj: "Gərək gedəndə də kişi kimi gedəsən"

Donald Geryenin “Neftçi”ni “Qarabağ”a dəyişməsi, gözlənildiyi kimi, birmənalı qarşılanmayıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubuna könül verənlərin bu keçidə özünəməxsus yanaşması var.

“Forza Neftçi”nin rəsmi “feysbuk” səhifəsində yazılanlara diqqət edək: “Komandaya oyunçular gələ bildiyi kimi, gedə də bilirlər. Ya ölkənin fərqli klubunda, ya da ölkə xaricində karyeralarına davam edirlər.

Komandamıza elə oyunçular gəlib ki, gedişinə pis olmuşuq. Ad çəkməyə ehtiyac yoxdur, həmin futbolçuları fərqli klubda da görəndə dəstəyimizi bildirmişik.

Amma gərək gedəndə də kişi kimi gedəsən. Mövcud vəziyyətdə klubumuzu tərk edib, öz keçmiş “ev”inə qayıdan Vild-Donald Gerye kimi oyunçular, əlbət ki, gedişinə heç üzülmədiyimiz futbolçulardan biri olaraq siyahıya düşdü.

Həmin oyunçulara qarşı necə təzyiq göstərdiyimizdən xəbərsiz olan Vild-Donaldın, sadəcə, çempionat başlayanda “Neftçi” ilə oyunda zədə və başqa amillərdən oyunu buraxmamasını diləyirik. Çünki xəbərsiz gedən futbolçuya “sağ ol” deyə bilməmişik”.

Digər Xəbərlər
Xəbər Lenti