"Neftçi" də getməsini arzulayır, özü də, lakin…

5 İyul 2020 14:00 Neftçi 1 162
"Neftçi" də getməsini arzulayır, özü də, lakin…

«Neftçi» yaxınlarda futbolçularından bir neçəsi ilə vidalaşdı.

Baqali Dabo, Vangelis Platellas, Soni Mustivar yola salındı. Dari Frederikonun sabahı isə yenə qeyri-müəyyənlik içindədir.

Maraqlıdır ki, nə klub rəhbərliyi braziliyalı legionerin xidmətində maraqlıdır, nə də özü qalmaqda. Hətta bu kimi mövzularda söz sahibi olmayan Füzuli Məmmədovun da ürəyindən keçən «sambaçı» düşərgəni tərk etsin.

Dəfələrlə «Neftçi»yə problem yaşatmış, 2019-cu ilin əvvəlində Cənubi Koreya klubuna gedərək bakılıları çətin vəziyyətdə buraxmış, idman direktoru Ceyhun Sultanov barəsində hədyanlar yaşatmış, bütün bunlara baxmayaraq, 6 ay sonra geri dönmüş Darionun müqaviləsi gələn ilin yayınadək qüvvədədir.

İndi problem ondadır ki, cənubi amerikalıya sərfəli təklif göndərən yoxdur. Buna kimi danışıqlar apardığı bir neçə xarici klub ona gözlədiyi şərtləri irəli sürməyib. Hər an hər şey ola bilər, sadəcə, bu gün braziliyalının çıxılmaz vəziyyətdə qalması faktdır. Nə irəli baza bilir, nə də geri. Qalıb ortalıqda.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti