
Məlum olduğu kimi, "Neftçi" Braziliya B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatıb.
29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.
Auquston bakılılarla yollarını ayıran Donald Geryeni əvəzləyəcək. O, ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib. Legioner kimi yalnız Belçikada çıxış edib. Lakin ötən mövsüm “Sint-Trüden”də cəmi 1 matça çıxıb və 19 dəqiqə oynaya bilib.
Bir neçə aydır azad agent statusu daşıyan cənubi amerikalı “Neftçi“yə havayı başa gəlib. Menecerlər buna qədər onu Azərbaycanın bir neçə klubuna təklif eləyib. Gəl ki, Premyer Liqa təmsilçilərinin heç biri Tallisona ayda 5000 dollar belə, ödəmək istəməyib.
SPORTİNFO.AZ