“Neftçi”dən haqsızlıqla qovulan məşqçi: "Özü bilər, Allahı bilər!”

7 May 21:20 Neftçi 797
“Neftçi”dən haqsızlıqla qovulan məşqçi: "Özü bilər, Allahı bilər!”

“Neftçi”nin keçmiş baş inzibatçısı, çalışdığı 12 ildə klubun canlı əfsanələrindən birinə çevrilmiş Pərviz Əhmədovun 2 illik susqunluqdan sonra saytımızaa verdiyi müsahibə (https://www.sportinfo.az/idman_xeberleri/premyer_liqa/83312.html) futbol aləmində bomba kimi partladı.

İnsanlar “Neftçi” rəhbərliyindən təmsil olunan adamları daha tanıdı, bəziləri tərəfindən “yaxşı məşqçi” kimi təqdim olunan Tərlan Əhmədovun nə yuvanın quşu olduğunu gördü.

Pərviz Əhmədov şok effekti yaradan müsahibəsində “Tərlan Əhmədov Tofiq Mustafayev kimi təcrübəli məşqçinin, akademiyada çalışan bir çox mütəxəssisin haqqını yedi, heç bir əsas olmadan işdən çıxartdı. Halbuki, bu onun səlahiyyətində olmamalı idi” demişdi.

Bu haqda Tofiq Mustafayevin öz fikirlərini də öyrənmək istədik. O, “Orucluq günü mən istəmirəm ki, nəsə danışam. Ümumiyyətlə, Tərlan Əhmədov haqda fikir bildirmək istəmirəm. Özü bilər, Allahı bilər. Perviz hər şeyi danışıb. Mənim nəsə əlavə eləməyim orucluq günü düzgün çıxmır" dedi.

Karantin rejimini pozan keçmiş klubu “Neftçi” haqqında da çox danışmadı: “Məncə, buna ehtiyac yox idi. Karantin rejimi dövlət tərəfindən qoyulan qaydadır. Hamımız buna əməl etməliyik.

Futbolçular bir az ərköyün olur. Yəqin ki, əcnəbi futbolçular imiş. Biz də ürəyi yumşaq xalqıq. Əcnəbilərə ancaq hörmət edirik. Amma belə şeylərə qəti yol vermək olmaz!”.

Sonda qeyd edək ki, həm Tərlan Əhmədov, həm də “Neftçi”dən incik olduğu sezilən təcrübəli məşqçi hazırda Kazbek Tuayevin rəhbərlik etdiyi İdman Uşaq Gənclər Olimpiya Ehtiyatı Məktəbində çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?