Həkimlər "Neftçi"nin qapıçısına nə diaqnoz qoydu?

7 Mart 2020 23:02 Neftçi 752
Həkimlər "Neftçi"nin qapıçısına nə diaqnoz qoydu?

Premyer Liqanın 20-ci turunda "Sabah”la oyunun ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, stress nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyinə görə qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb.

Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə görə, hazırda 30 yaşlı qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti