Dario qayıtdı, onu isə bəyənməyib yola saldılar

27 Yanvar 2020 17:59 Neftçi 1 317
Dario qayıtdı, onu isə bəyənməyib yola saldılar

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandanın üzvləri bir günlük fasilədən sonra “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək. Baxışda olan futbolçu Nəbi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.

“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı