“Neftçi”də yeni baş məşqçinin ilk işi nə oldu? - FOTO

19 Yanvar 2020 15:07 Neftçi 1 283
“Neftçi”də yeni baş məşqçinin ilk işi nə oldu? - FOTO

Təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirən “Neftçi” çalışmaları davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda bu gün yeni təyin olunmuş baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında iki məşqə çıxıb.

İsinmə hərəkətlərindən sonra ötürmələri, “kvadrat” oyununu və taktiki çalışmaları yerinə yetirən komanda üzvləri məşqi ikitərəfli oyunla tamamlayıb.

”Ağ-qaralar” Bakı vaxtı ilə sabah saat 18:00-da “Gloria Sports Arena”da Kiyev “Dinamo”su ilə yoxlama görüşü keçirəcək. “Neftçi” daha bir sınaq matçını isə yanvarın 24-ü “Arslan Zeki Spor Kompleksi”ndə digər Ukrayna klubu “Desna”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu