Son dəqiqələr "Neftçi"nin üzünü güldürdü - FOTOLAR

9 Dekabr 2019 00:42 Neftçi 717
Son dəqiqələr "Neftçi"nin üzünü güldürdü - FOTOLAR

Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub. Sportinfo.az xəbər verir ki, ilin XIV tura təsadüf edən son matçında "Sabah" "Neftçi"ni qəbul edib.

Masazırdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 2:0. Oyunun 45+2-ci dəqiqəsində Anton Krivotsyuk künc zərbəsindən sonra başla fərqlənib. Son nöqtəni isə Stiven Monroz 90+2-ci dəqiqədə qoyub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Ağ-qaralar" lider "Qarabağ"dan 6 xal geri qalırlar. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!