Yuri Verniduba lazım olmadı, klub axtarışına çıxdı

16:20 Neftçi 232
Yuri Verniduba lazım olmadı, klub axtarışına çıxdı

Kenan Piriçin ardınca daha bir legioner "Neftçi"ni tərk edə bilər.

Bu cinah müdafiəçisi Mustafa Sekdir.

Yuri Vernidubun performansından narazı qaldığı oyunçunun bir neçə real təklifi var.

30 yaşlı legionerin gələn dəvətlərdən birinə müsbət cavab verməyi lazımdır.

Çünki 2027-ci ilin yayına qədər müqaviləsi olan Sek qarşılıqlı razılıq əsasında yolların ayrılmasını yaxın buraxmır.

Yalnız özünə sərf edən təklif alacağı halda gedəcəyini rəsmilərə bildirib.

"Roma"nın sabiq üzvü 2024-cü ildən "ağ qaralar"ın formasını geyinir.

Arxada qalan müddətdə meydana çıxdığı 65 görüşdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti