“Onu itirmək istəmirdik, burada saxlamaq üçün əlimizdən gələni etdik, “Neftçi”yə getdi”

09:00 Neftçi 193
“Onu itirmək istəmirdik, burada saxlamaq üçün əlimizdən gələni etdik, “Neftçi”yə getdi”

“Dandi Yunayted”in məşqçisi Li Şarp yarımmüdafiəçi Viçko Şevelinin “Neftçi”yə transferini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Şotlandiya klubunun xorvatiyalı oyunçunu satmaq istəmədiyini etiraf edib.

O, xorvatiyalı barədə yüksək fikirlər səsləndirib:

“O, əla futbolçu idi, burada olduğu iki il ərzində çox yaxşı çıxış etdi. Həm də əla oğlan idi. Klub Şevelini saxlamaq üçün əlindən gələni etdi, yeni müqavilə imzalamaq istədi.

Biz onu itirmək istəmirdik. Amma Şeveli əlindəki variantı dəyərləndirmək istədi”.

Viçko Şeveli “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM