Vernidubun xoşuna gəldi, “Neftçi” 1+1 illik müqavilə təklif etdi

19:00 Neftçi 559
Vernidubun xoşuna gəldi, “Neftçi” 1+1 illik müqavilə təklif etdi

«Neftçi» ilyarım öncə sıralarına qatdığı Elvin Camalovun xidmətində maraqlıdır.

Bu haqda klubdan saytımıza bildirilib.

Verilən məlumata görə, Yuri Vernidub adıçəkilən yarımmüdafiəçini gələn mövsümlə bağlı planlarına daxil edib.

Baş məşqçinin istəyi üzərinə hərəkətə keçən rəhbərlik millinin sabiq üzvüylə danışıqlara başlayıb.

Bura «Sabah»Dan gəlmiş 31 yaşlı orta sahə oyunçusu irəli sürülən şərtlərlə razılaşarsa, «ağ-qaralar» onunla 1+1 illik müqavilə bağlayacaq.

«Qəbələ»nin yetirməsi olan Elvin 2025-cü ilin yazında Samir Abasov tərəfindən «Neftçi»yə dəvət alıb.

Yuri Vernidub ona yalnız bu il özünü göstərmək şansı yaradıb, Camalov da bu fürsəti dəyərləndirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti