“Neftçi” 10 min maaş təklif etdi - Avropadan təkliflər alan yetirməsinə

14:00 Neftçi 696
“Neftçi” 10 min maaş təklif etdi - Avropadan təkliflər alan yetirməsinə

«Neftçi» rəhbərliyi Murad Məmmədovu düşərgədə saxlamaq üçün fədakarlıq etməyə hazırdır.

«Ağ-qaralar» öz yetirməsi olan yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa tərəfdardır.

20 yaşlı cinah oyunuçusu yeni təkliflə razılaşarsa, 10 min manat civarında əməkhaqqı alacaq. Bu isə onun hazırdaı qazandığı məbləğdən bir neçə dəfə çoxdur.

Yuri Vernidubun böyük ümidlər bəslədiyi gəncə Avropadan bəzi təkliflər gəlib. Yönətim bundan xəbərdardır. Futbolçunun valideynləri onlarla söhbət əsnasında bu məlumatı çatdırıb.

Bildiriblər ki, Muradın başlıca məqsədi legioner həyatı yaşamaqdır. Ona görə də öncəlik xarici klublara veriləcək.

Onlarla danışıqlar alınmasa, «Neftçi»də qalmaq variantı müzakirə ediləcək. Belə olan halda isə maddi şərtlər ön planda dayanacaq.

Çünki U-21 yığmasının üzvü hazırkı komandasında daha çox məvacib almalı olduğunu düşünür. Hətta ona təklif edilən rəqəmdən də artıq!

Məmmədovun ürəyindən keçən əməkhaqqı 15 min dollardır.

SPORTİNFO.AZ

"Neftçi" Premyer Liqada ardıcıl üçüncü qələbəni necə qazandı? - VİDEO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti