“Neftçi”nin hücumçusu Vensan Abubakar klubun sosial şəbəkələri vasitəsilə azarkeşlər tərəfindən ona ünvanlanmış sualları cavablandırıb.
Sportinfo.az xəbər verir ki, dünyaca tanınmış kamerunlu forvardın bir-birindən maraqlı cavabları “Neftçi TV”nin “Sual-cavab” rubrikasında yayımlanıb:
“Birinci məsələ hakimlərlə bağlıdır. Hakimlər dəyişməlidir, bu, ilk addımdır.
İkinci məsələ isə məncə, stadionda daha çox azarkeş olmalıdır. Düşünürəm ki, bunlar müsbətə doğru dəyişsə, liqa da dəyişəcək.
Amma əsas məsələ olaraq hesab edirəm ki, hakimlik müasirləşməlidir”.

