“Neftçi” növbəti matça hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, məşqlər “Palms Sports” Futbol Mərkəzində təşkil olunur.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan komanda üzvləri bu gün ikitərəfli oyun keçirib.
“Ağlar” və “qaralar”ın mübarizəsində qarşılaşma 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.
“Qarabağ”la oyunu təxirə salınan “ağ-qaralar” Misli Premyer Liqasında növbəti görüşünü fevralın 28-də “Şamaxı”ya qarşı keçirəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:30-da start götürəcək.

