“Neftçi”də istirahət müddəti başa çatıb.
“Kəpəz” üzərindəki 3:1 hesablı qələbədən sonra baş məşqçi Yuri Vernidub futbolçulara iki günlük istirahət imkanı yaradıb.
Fürsətdən maksimum yararlanan komanda üzvləri fevralın 18-də bir araya gəlib.
“Qarabağ”la fevralın 21-nə nəzərdə tutulan oyun təxirə salındığından, “ağ-qaralar”ın boşluğu yoxlama görüşü ilə dolduracağını təxmin etmək olardı.
Premyer Liqa təmsiçiləri həftəsonu meydana çıxacağından, Vernidub aşağı dəstə komandaları ilə qarşılaşmağı məqsədəuyğun saymayıb.
Ukraynalı çalışdırıcı zədə riskini göz önünə alaraq fərqli qərar verib. Odur ki, “Neftçi” iki həftəlik boşluğu ikitərəfli oyunla dolduracaq.
Paytaxt təmsilçisi 22-ci turda “Şamaxı”nın qonağı olacaq.
Fevralın 28-də keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

