“Neftçi”nin “relsə düşdüyünü” demək olarmı? - AÇIQLAMA

18 Fevral 22:40 Neftçi 224
“Neftçi”nin “relsə düşdüyünü” demək olarmı? - AÇIQLAMA

“Bu, uzun müddətli prosesdir”.

“Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyu Sportinfo.az-a açıqlamasında belə deyib.

“Neftçi” Premyer Liqada son illərin ən uğurlu çıxışlarından birini göstərir.

20-ci turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 15 dekabr 2025-ci ildən bəri ardıcıl altı oyundur məğlub olmur.

Bakılılar bu müddət ərzində “Sumqayıt” (2:2) və “Zirə” (0:0) ilə heç-heçə edib, həmçinin “Karvan-Yevlax” (2:1), “Araz-Naxçıvan” (4:0), “Qəbələ” (1:0) və “Kəpəz” (3:1) üzərində qələbə qazanıb.

Hazırda “Neftçi” “Araz-Naxçıvan“la birgə beşinci-altıncı pillələri bölüşdürür.

Nigeriyalı legionerin fikrincə, hələ “Neftçi”nin “relsə düşdüyünü” demək bir qədər tezdir:

“Bu, birdən-birə olmur. Gördüyünüz kimi, hər növbəti oyunda daha yaxşı görünürük.

Zamanla daha yaxşı olacağımıza inanıram. Komandamız güclüdür.

Yaxşı rəhbərliyimiz, baş məşqçimiz və həmişə bizimlə olan sadiq azarkeşlərimiz var.

Şəxsən mən inanıram ki, “Neftçi“ Premyer Liqada mövsümü yaxşı yerdə başa vuracaq və avrokuboklara vəsiqə qazanacaq“.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı