“Neftçi” təklif göndərdi, “Beşiktaş” Bakıya gəlməyi qəbul etdi

13:00 Neftçi 409
“Neftçi” təklif göndərdi, “Beşiktaş” Bakıya gəlməyi qəbul etdi

Martda Azərbaycanda beynəlxalq futbol turniri təşkil olunacaq.

«Baku 2026» «Neftçi» tərəfindən keçiriləcək.

Gələn ayın 19-21-i aralığında düzənlənəcək yarışda 8 komandanın iştirakı nəzərdə tutulub.

Burada «ağ-qaralar»la yanaşı, yerli təmsilçilərdən «Qarabağ» və «Ulduz» mübarizə aparacaq.

Həmçinin Türkiyədən «Beşiktaş» və Rusiyadan «Dinamo» (Moskva) da turnirə qatılacağını təsdiqləyib.

Digər iştirakçılara gəlincə, bakılılar «Göztepe», «Başakşehir»lə birgə, «Kayrat» və «Spartak»a dəvət göndərib.

Yarışmaçılar iki yarımqrupda qüvvəsini sınayacaq. Hər qrupda ilk iki yeri tutanlar çempionluq uğrunda mübarizə aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...