“Əslində, “Qarabağ”la oyunun təxirə salınması bizə problem olacaq.
Çünki bu qarşılaşmanı digər iki oyunun arasına salacaqlar.
Gələn dəfə qısa müddətdə ardıcıl üç oyun oynamalı olacağıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
34 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XXI turunda “Qarabağ”la oyunun təxirə salınması ilə bağlı fikirlərini bölüşüb:
“İki həftəlik fasilə yaranması yaxşı hal deyil. Çünki hər həftə oyunlara yaxşı hazırlaşırdıq. Məcburuq ki, buna dözək.
Növbəti oyunları düşünməliyik. İndi “Qarabağ”la oyun barədə uzun-uzadı danışmağa dəyməz, heç onu düşünməyə vaxtımız da yoxdur. Önümüzə baxacağıq”.

