Yuri Vernidub “Neftçi”ni harada görür? - MARAQLI XƏBƏR

13:00 Neftçi 239
Yuri Vernidub “Neftçi”ni harada görür? - MARAQLI XƏBƏR

“Neftçi” Premyer Liqada son illərin ən uğurlu çıxışlarından birini göstərir.

20-ci turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 15 dekabr 2025-ci ildən bəri ardıcıl altı oyundur məğlub olmur.

Bakılılar bu müddət ərzində “Sumqayıt” (2:2) və “Zirə” (0:0) ilə heç-heçə edib, həmçinin “Karvan-Yevlax” (2:1), “Araz-Naxçıvan” (4:0), “Qəbələ” (1:0) və “Kəpəz” (3:1) üzərində qələbə qazanıb.

Hazırda “Neftçi” “Araz-Naxçıvan“la birgə beşinci-altıncı pillələri bölüşdürür.

Əlbəttə, Yuri Vernidub bu yüksəlişə sevinir. Ötən ilin dekabrında görəvə gəlmiş ukraynalı mütəxəssis hesab edir ki, komanda işə düzgün yanaşma nəticəsində çıxışa keçib.

Baş məşqçi futbolçularla son söhbətində bu barədə danışıb. Vernidub bildirib ki, 3 ardıcıl qələbə onları arxayınlaşdırmamalıdır.

Növbəti həftələrdə bir-birindən güclü rəqiblərlə qarşılaşacaqlarını xatırladan çalışdırıcı qeyd edib ki, o, turnir cədvəlində üçüncü pilləyə qədər yüksələcəklərinə inanır.

Bunun üçün sadəcə, hər matça maksimum dərəcədə ciddi hazırlaşmaq və verilən tapşırıqlara diqqətli yanaşmaq lazımdır.

59 yaşlı sükançı turnir cədvəlində “Neftçi“dən yuxarıda qərarlaşan komandaların hər birini incələdiyini, yalnız “Qarabağ“ı fərqləndirə biləcəyini söyləyib.

Yəni, hamıyla mübarizə aparmaq və qalib gəlmək olar, bir şərtlə ki, 90 dəqiqə ərzində qarşı tərəfdən daha çox hərəkət edəsən və pressinqdən əl çəkməyəsən.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti