“Neftçi”də az şans qazanmağım mənə pis təsir edir”

22:20 Neftçi 148
“Neftçi”də az şans qazanmağım mənə pis təsir edir”

“Hər bir futbolçu daha çox oynamağı arzulayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

Müsahib bildirib ki, hazırda komandada ən güclü rəqabət məhz onun da yer aldığı mövqedədir.

O, “mövcud vəziyyət sənə necə təsir edir” sualına cavabında bunları söyləyib:

“Sözsüz, az şans qazanmağım mənə pis təsir edir. Daha çox oynamaqla, sabitliyi qorumaqla milli komandaya dəvət almaq istəyirəm.

İndiyə qədər harada olmuşamsa, mövqeyim üçün mübarizə aparmışam. Bundan sonra da mübarizə aparmaqda davam edəcəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti