"Neftçi" Premyer Liqada ardıcıl üçüncü qələbəni necə qazandı? - VİDEO

15 Fevral 21:15 Neftçi 650
"Neftçi" Premyer Liqada ardıcıl üçüncü qələbəni necə qazandı? - VİDEO

"Neftçi" Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv XX turda "Kəpəz"lə üz-üzə gəlib.

"Ağ-qaralar" Yevlax şəhər stadionunda keçirilən qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Bakı klubunun heyətində 27 və 38-ci dəqiqələrdə Bassala Sambu, 40-cı dəqiqədə Emin Mahmudov fərqlənib.

Gəncə təmsilçisində Rauf Hüseynli 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, Məqsəd İsayev 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanda qovulub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" 5-ci pillədə qərarlaşıb. Bakılılar əvvəlki turlarda "Qəbələ" (1:0) və "Araz-Naxçıvan"ı (4:0) üstələyib. "Kəpəz" isə 13 xalla 11-ci sıradadır.

"Kəpəz" - "Neftçi" 1:3

Yevlax şəhər stadionu, 700 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqə: Elvin Camalov, 74 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Məqsəd İsayev, 71 (ciddi qayda pozuntusu)
Qollar: Rauf Hüseynli, 35 (p.) // Bassala Sambu, 27; 38; Emin Mahmudov, 40
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.

“Kəpəz”
33. Yusif İmanov
27. Məqsəd İsayev
77. Fərid Nəbiyev
(6. Camal Cəfərov, 54)
5. Rauf Hüseynli
(21. Sadiq Şəfiyev, 65)
88. Şakir Seyidov
(12. Mahamadu Ba, 65)
11. Rəhman Hacıyev
9. Luis Paçu
(7. Ehtiram Şahverdiyev, 46)
29. Dioqo Verdaska (k)
24. Olavale Onanuqa
14. Adama Fofana
4. Mate Abuladze
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
99. Əli Səmədov
17. Ümid Səmədov
20. Elcan Əbilov
66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov

“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
(4. Elvin Camalov, 69)
17. Murad Xaçayev
7. Emil Səfərov
(10. Freddi Varqas, 56)
47. Murad Məmmədov
(70. Andrey Ştoqrin, 82)
77. Falaye Sako
24. Mustafa Sek
(22. Luis Ortis, 69)
5. İqor Ribeyro
18. İfeanyi Metyu
9. Bassala Sambu
(45. Vensan Abubakar, 56)
11. İmad Faraj
Ehtiyat oyunçular:
1. Emil Balayev
81. Məhdi Həsənov
14. Edvin Kuç
27. Kristian Kostin
33. Breno Almeyda
23. Cordan Rezabala
28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti