“Neftçi”nin əvəzedici komandasına 3 əcnəbi futbolçu cəlb olunub.
Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar - Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç afrikalı ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.
19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyada “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion”da çıxış edib.
Onlar əsas komanda üçün nəzərdə tutulub. Ora gedən yol isə “dubl“dan keçir. Dörd ay ərzində burada çıxış edəcəklər.
Özlərini yaxşı tərəfdən göstərsələr, əsas cəlb olunacaqlar. Bu zaman əvəzedici heyətin baş məşqçisi Rəşad Abdullayevin və akademiyanın koodinatorlarının rəyi nəzərə alınacaq.
Afrikalı gənclər kiçik məsrəf qarşılığında düşərgəyə cəlb edilib. Qarşıdakı aylarda bir neçə yüz dollar civarında maaş alacaqlar.
Hamısı perspektiv üçün buraya gətirilib. Bakılılar ümid edir ki, bu gəncləri bir neçə il sonra Avropaya normal qiymətə satmaq mümkün olacaq.
SPORTİNFO.AZ

