“Bizim üçün vacib matç idi.
Qələbə qazanmalı idik, buna görə də görüşə çox ciddi hazırlaşmışdıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Misli Premyer Liqasının 19-cu turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Monteneqrolu legioner komandalarının son turlar daha inamlı təsir bağışladığını bildirib:
“Oyuna yaxşı başladıq. Erkən qol vurduq. Lakin ikinci hissədə bir qədər hücumda fəal deyildik, ilk 45 dəqiqədəki kimi oynamadıq.
Bununla yanaşı, çox çalışdıq və yekunda da istədiyimizə nail olduq. Yüksək pillələr uğrunda mübarizə aparırıq.
Düzdür, mövsümün startı bizim üçün bir qədər uğursuz alındı. Lakin son turlar komandamız daha yaxşı nəticələr qazanır.
Bu cür də davam etməliyik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.
Son iki ildə “Neftçi” qitə kuboklarından kənarda qalıb. Bu uğursuzluğa son vermək istəyirik”.

