“Neftçi” Emin Mahmudova yeni müqavilə təklif edəcəkmi?

13:00 Neftçi 173
“Neftçi” Emin Mahmudova yeni müqavilə təklif edəcəkmi?

Emin Mahmudovun «Neftçi»nin ilə yeni müqavilə imzalayıb-imzalamayacağı sual altındadır.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi klub rəhbərliyindən kontraktı uzatmaqla bağlı hələ təklif almayıb.

Onun mövcud sözləşməsi isə bu ilin yayınadək qüvvədədir.

Premer Liqanın cari mövsümündə 6 qol vuran kapitanın gələcək aqibəti iki amildən asılı olacaq: komanda avrokuboklara vəsiqə qazanarsa və o, mövcud müqavilə şərtlərində kifayət qədər güzəştə gedərsə.

Mahmudov hazırda «Neftçi»nin ən ödənişli futbolçusudur. Sonuncu dəfə 2023-cü ilin yayında 3 illik müqaviləyə imza atmış orta sahə oyunçusunun bir mövsümdə qazandığı pul 650 min dollardan çoxdur.

Ötən müddətdə ondan maaşının azaldılmasına razılıq verilməsi istənilib, özü də dəfələrlə. Di gəl, Emin buna razılaşmayıb.

Bu dəfə necə olacaq? Yaşayırıq və görərik…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti