“Neftçi”də üzlər gülür.
Qış fasiləsinə qədər olan dövrdə komanda sabitlik baxımından çətinlik çəkirdisə, Yuri Vernidubun gəlişindən sonra nəticələr nisbətən yaxşılaşıb.
“Ağ-qaralar” ukraynalı mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 5 oyunun 3-də qələbə qazanıb, 2-sini heç-heçə ilə başa vurub. Başqa cür desək, 15 mümkün xaldan 11-ni aktivinə yazıb.
Lakin bu, heç bir halda “Neftçi”nin azarkeşlərin arzuladığı səviyyəyə çatdığını və turnir cədvəlində özündən öndə qərarlaşan komandalardan üstün olduğunu düşünməyə əsas vermir.
Niyə?
"Sportinfo”nun əməkdaşı Həbib Aslanov “Neftçi” ilə bağlı hazırladığı videoda bu barədə ətraflı danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

