Breno Almeydanın “Neftçi”yə transferi “Etnikos”a müəyyən məbləğdə təzminat qazandırıb.
Sportinfo.az Kipri mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar”ın bu keçid üçün ödədiyi məbləğ müəyyənləşib.
Bildirilir ki, 27 yaşlı braziliyalı vingerin transferi Kipr klubuna 100 min avrodan bir qədər çox gəlir qazandırıb. Bu isə “Etnikos” tarixinin ən bahalı üçüncü transferi olub.
Breno həm də “Neftçi”nin heyətində yer alan 5-ci futbolçudur ki, əvvəllər Kiprdə çıxış edib.
Hazırda komandada olan Kenan Piriç, Sessi DAlmeyda, İmad Farac və Bassala Sambu da müxtəlif dövrlərdə bu ölkədə legioner həyatı yaşayıblar.
Breno Almeyda “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.

